Bakının Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, rayon ərazisində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Eminova Güldəstə Ruslan qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı polis əməkdaşları tərəfindən araşdırılır.