AZ

Ən yaxın tərəfdaşlarımızdan və dostlarımızdan biri -İtaliya

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bir sıra xarici ölkələrlə, o cümlədən İtaliya ilə münasibətləri yeni mərhələyə daxil olub. 1997-ci ilin sentyabrında Ulu Öndər Heydər Əliyevin bu ölkəyə rəsmi səfəri adıçəkilən dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub.

İtaliya Azərbaycanın dövlət müstəqilliyini 1992-ci ilin yanvarında tanımış və həmin ilin əvvəllərində diplomatik münasibətlər yaradılmışdır. 1997-ci ildə İtaliyanın Azərbaycanda, 2003-cü ildə Azərbaycanın İtaliyada səfirliyi açılmışdır. 1997-ci ildə Azərbaycan Prezidentinin İtaliyaya rəsmi səfəri və aparılan danışıqlar, imzalanan çoxsaylı sənədlər Azərbaycana Qərbdə, xüsusən də İtaliyada artan marağı daha da gücləndirdi. Yaranmış münasibətlərin qorunması və inkişaf etdirilməsi üçün sonrakı dövrlərdə də ardıcıl siyasət həyata keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ilin fevralında İtaliya Respublikası və Vatikana rəsmi səfəri Qərbi Avropa ölkələri ilə münasibətlərin inkişafına yönəlmiş siyasi xəttin davamı idi. Səfər zamanı dövlət və hökumət rəhbərləri, işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirilmiş, İtaliya-Azərbaycan Birgə Bəyannaməsi və qarşılıqlı əlaqələrə dair 8 sənəd imzalanmışdır. Bununla yanaşı, 2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan neft ixrac-boru kəmərinin Azərbaycan hissəsinin açılış mərasimində İtaliyanın müxtəlif səviyyəli hökumət nümayəndələrinin iştirak etməsi də Azərbaycanın bu ölkə ilə siyasi və iqtisadi əlaqələrinin dərinləşməsinə, qarşılıqlı faydalı əməldaşlığın daha yüksək səviyyəyə qalxmasına böyük təkan vermişdir.

Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Juiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilmişdir.

İtaliya nəinki təkcə Avropa qitəsində dünya  miqyasında bizim ən yaxın tərfdaşlarımızdan biridir. Hal-hazırda münasibətlərimiz  çox yüksək səviyyədədir. Bunun göstəricisidir ki , biz strateji tərəfdaşlıq haqqında sənəd imzalamışıq. İtaliya  Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa iffitaqına üzv olan 9 ölkədən biridir. İtaliya və Azərbaycan arasındakı  bu dostluğun əsl nümunəsi olaraq azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin icra etdiyi çoxlu layihələri misal göstərə bilərik .Onlar Şuşadakı tarixi abidələrimizi  və məscidlərimizi bərpa  etmək üçün dəvət olunmuşdular.
İtaliya və Azərbaycan arasındakı dostluq və əməkdaşlıq sənayə, neft-kimya məhsulları, tikinti, memarlıq, bərpa işləri sahəsində də öz təsirini göstərir. Azərbaycan İtaliya, İtaliya da Azərbaycan üçün çox etibarlı tərəfdaşdır.

Sevda Bağırova,
YAP Xətai rayon təşkilatının üzvü

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla