AZ

Bundesliqa: “Borussiya” darmadağına üzüldü, “Bayer”…

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Auqsburq” doğma meydanda “Verder”ə, “Frayburq” isə “Volfsburq”a məğlub olub.

Səfərdə “Leypsiq”lə qarşılaşan Dortmund “Borussiya”sı darmadağına üzülüb.

Artıq çempionluğunu təmin etmiş “Bayer” bu dəfə evdə “Ştutqart”la qarşılaşıb. Son ana qədər məğlub durumda olan Leverkuzen təmsilçisi yenə əlavə vaxtda vurduğu qolla heç-heçəyə nail olub. Beləcə, “Bayer” məğlubiyyətsiz oyunlar seriyasını 46-ya çatdırıb.

“Bayern” isə bu turda doğma meydanda “Ayntraxt” üzərində qələbəyə sevinib.

31-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
31-ci tur
26 aprel

Boxum – Hoffenhaym 3:2
Qollar: Stoger, 34; 64. Passlak, 45+2 – Kramariç, 73; 84.

27 aprel

Auqsburq – Verder 0:3
Qollar: Şmid, 52. Dukş, 61. Deman, 90.

Bayern – Ayntraxt 2:1
Qollar: Keyn, 9; 61-pen – Ekitike, 23.

Frayburq – Volfsburq 1:2
Qollar: Bornau, 42-öz qapısına – Arnold, 82. Lakrua, 90.

Leypsiq – Borussiya (Dortmund) 4:1
Qollar: Openda, 23. Şeşko, 45+2. Simakan, 46. Baumqartner, 80 – Sanço, 20.

Bayer – Ştutqart 2:2
Qollar: Adli, 61. Andrix, 90+6 – Fuhrix, 47. Undav, 57.

28 aprel

17:30. Borussiya (Mönhenqladbax) – Union Berlin
19:30. Maynts – Köln
21:30. Darmştadt – Haydenhaym

Seçilən
51
2
Mənbələr
Şərh ()
Bağla