AZ

"Bayer" yenə "90+"da qol vurdu və uduzmadı

style='margin-bottom:10px;'>

Almaniya Bundesliqasında 31-ci turun oyunları davam edir.

QOL.az xəbər verir ki, 2-ci oyun günündə "Bavariya" öz meydanında "Aytraxt"a qalib gəlib - 2:1.

29-cu turda çempionluğunu rəsmiləşdirən "Bayer" isə "Ştutqart"ı qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatıb.

Maraqlıdır ki, Leverkuzen klubu bu dəfə də son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub. 0:2 hesabı ilə geri düşən "Bayer" 61 və 90+6-cı dəqiqədə vurulan qollarla məğlubiyyətsiz oyunlar seriyasını 46-a çatdırıb.

 

27 aprel

Almaniya Bundesliqası, 31-ci tur

"Auqsburq" - "Verder" - 0:3
Qollar:
R.Şmid, 52. D.Marvin, 61. O.Demen, 90

"Bavariya" - "Ayntraxt" (Frankfurt) - 2:1
Qollar
: H.Keyn, 9. 61. - H.Ekitike, 23

"Frayburq" - "Volfsburq" - 1:2
Qollar
: S.Bornauv, 42(avtoqol). M.Arnold, 82. M.Laroix, 90.

"Leypsiq" - "Borussiya" (Dortmund) - 4:1
Qollar:
L.Openda, 23. B.Sesko, 45+2. M.Simakan, 46. A.Haidara, 80 - J.Sanço. 20

"Bayer" - "Ştutqart" - 2:2
Qollar
: A.Adli, 61. R.Andrix, 90+6 - S.Fuhrix, 47. D.Undav, 57
 

Seçilən
108
17
Mənbələr
Şərh ()
Bağla