AZ

Cəlilabadda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərindəİdarəetmə Mərkəzinə Cəlilabad şəhərində 1 nəfərin (uşaq) mənzildəbağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatdaxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədarFHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetməqüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsizqalmış uşağın xilas olunması təmin edilib.

Seçilən
206
Mənbələr
Şərh ()
Bağla