Bu gün Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində daha üç görüş baş tutacaq.
Futbolpress.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Kəpəz" səfərdə "Qəbələ" ilə qarşılaşacaq. Març 15:30-da start götürəcək.
17:45-də start fiti səslənəcək matçda isə "Neftçi" "Turan Tovuz"u qəbul edəcək.
Günə Sumqayıtda yekun vurulacaq. Yerli komanda "Qarabağ"ı qəbul edəcək. Oyun 20:00-da başlayacaq.
Premyer Liqa
XXXII tur
15:30. Qələbə - Kəpəz Baş hakim: İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
17:45. Neftçi - Turan Tovuz Baş hakim: Rəvan Həmzəzadə
"Neftçi Arena"
20:00. Sumqayıt - Qarabağ Baş hakim. Rauf Cabarov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu