AZ

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Kambocada

Pekin, 28 aprel, AZƏRTAC

Kambocanın cənubundakı Kamponq Speu vilayətində hərbi bazada partlayış nəticəsində ən azı 20 hərbçi ölüb, xeyli sayda adam xəsarət alıb.

AZƏRTAC Kambocanın Müdafiə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, partlayış hərbi hissənin silah anbarında baş verib.

Sosial şəbəkələrdə hadisənin aprelin 27-də yerli vaxtla günortadan sonra baş verməsi haqqında məlumatlar paylaşılıb. Bildirilir ki, ard-arda bir neçə güclü partlayış olub. Hərbi hissənin silah anbarı və daha 3 bina dağılıb, bir neçə avtomobil yanıb. Hərbi hissənin yaxınlığındakı 25 evə də ziyan dəyib.

Kambocanın Baş naziri Hun Manet feysbuk səhifəsində hadisədən kədərləndiyini bildirib, ölənlərin ailələrinə başsağlığı verib. Hökumət ölənlərin ailələrinə 20 min ABŞ dolları, xəsarət alanlara isə 5 min dollar yardım edəcək.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
15
1
Mənbələr
Şərh ()
Bağla