AZ

İYİ Partiyanın yeni sədri Müsavat Dərvişoğlu seçildi


Türkiyənin aparıcı müxalifət partiyalarından İYİ Partiyaya yeni sədr seçilməsi üçün qurultay keçirilib.
Yeniavaz.com
xəbər verir ki, 5-ci Fövqəladə Qurultayının üçüncü turunda qrup sədri Koray Aydın və qrup sədr müavini Müsavat Dərvişoğlu partiya liderliyi üçün yarışıblar.
Səsvermənin nəticələrinə görə, Dərvişoğlu 1159 etibarlı səsdən 611-ni toplayaraq sədr seçilib. Aydın isə 548 səs toplayıb.
Partiyanın keçmiş sədri Meral Akşener partiya başqanı seçilən Müsavat Dərvişoğlunu təbrik edib.
“V Fövqəladə Qurultayımızda İYİ Partiyanın sədri seçilən cənab Müsavat Dərvişoğlunu təbrik edir, uğurlar arzulayıram”, - Akşener sosial media hesabında yazıb.
Seçilən
128
15
Mənbələr
Şərh ()
Bağla