AZ

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Bakı, 28 aprelin, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov təhsildə psixoloji xidmətin inkişaf dinamikasından bəhs edib və bu işdə universitetin fəaliyyətini vurğulayıb.

Daha sonra Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev forumun təhsildə psixoloji xidmətin müasir problemlərinin araşdırılmasında böyük rol oynayaycağına əminliyini ifadə edib.

Professor Ramiz Əliyev ölkədəki islahatlardan və onların təhsil sisteminə pozitiv təsirindən, o cümlədən Pedaqoji Universitetin bu sahədə fəaliyyətindən bəhs edib.

Sonra Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov forumun həsr olunduğu mövzunun aktuallığını vurğulayıb.

Yekunda ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı, pedaqogika elmləri doktoru, dosent Nailə Hüseynova fakültənin fəaliyyəti, ixtisas kafedralarının professor-müəllim heyətinin kadr hazırlığındakı rolu barəsində məlumat verib.

Daha sonra fakültənin fəaliyyəti ilə bağlı videoçarx təqdim edilib.

Plenar iclasdan sonra forum işini “Təhsilin müasir psixoloji problemləri”, “Psixi sağlamlıq və təhsil”, “İctimai mühit və şəxsiyyət” panellərində davam etdirib.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla