PSJ Vorren Zair-Emerinin müqaviləsini uzadıb.
İdmanxeber.az məlumat verir ki, dünən keçirilən “Havr”la (3:3) oyundan əvvəl Paris klubu bunu rəsmi olaraq açıqlayıb. 18 yaşlı oyunçuyla 2029-cu ilin yayına qədər yeni müqavilə imzalanıb.
Zair-Emeri bu mövsüm 38 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.