AZ

“Çelsi”nin sabiq baş məşqçisi məşhur klubun prezidenti seçildi

“Portu” klubunda yeni prezident seçkiləri keçirilib.

Publika.az xəbər verir ki, qələbəni növbəti 4 il ərzində kluba rəhbərlik edəcək 46 yaşlı Andre Villaş-Boaş qazanıb.

O, bu postda 1982-ci ildən kluba rəhbərlik edən Xorxe Nuno Pinto da Kostanı əvəz edəcək. Onun rəhbərliyi altında klub iki dəfə – 1987 və 2004-cü illərdə Çempionlar Liqasının qalibi olub.

Andre Villaş-Boaş 2010/2011 mövsümündə “Portu”nun baş məşqçisi olub və komandanı Avropa Liqasında qələbəyə aparıb. O, həmçinin “Akademika”, “Çelsi”, “Tottenhem”, “Zenit”, “Şanxay SIPG” və “Marsel”ə rəhbərlik edib.

Seçilən
81
4
Mənbələr
Şərh ()
Bağla