AZ

TikTok qadağası: Gənc seçiciəri Baydendən üz döndərdi

“ABŞ prezidenti Co Baydenin ölkədə “TikTok” tətbiqini qadağan etmək üçün imzaladığı qanun layihəsi gənc seçiciləri hazırkı prezidentdən uzalqlaşdırır və onları Donald Trampın tərəfinə çəkir”.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Agentlik keçmişdə Baydeni dəstəkləyən bir neçə nüfuzlu TikToker ilə danışıb. Çin tətbiqini qadağan edən qanunun qəbulundan sonra onlar fikirlərini dəyişdilər. Belə ki, əvvəllər dəfələrlə Baydenin brifinqlərində iştirak etmiş məşhur TikTok bloggeri Awa Sanneh (510 min abunəçi) prezidenti sosial şəbəkənin gənc nəsil üçün əhəmiyyətini anlamamaqda ittiham edib.

Baydeni əvvəllər TikTok-da prezident üçün fəal şəkildə kampaniya aparan blogger Kenny Walden (167 min abunəçi) də qınayıb. “Mən bunun əleyhinəyəm, Co”, – deyə Walden sosial mediada paylaşım edib.

Bayden kampaniyasının sözçüsü Seth Shuster Bloomberg-ə deyib ki, gənclər nəyin təhlükədə olduğunu anlamalıdırlar. Ağ Ev rəsmiləri öz növbəsində deyirlər ki, onların niyyəti TikTok-u qadağan etmək deyil, proqramın çinli sahibini onu satmağa məcbur etməkdir.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden aprelin 24-də TikTok sosial şəbəkəsinin ölkədə qadağan edilməsi haqqında müddəanı təsdiqləyib. Qərara əsasən, platforma doqquz ay ərzində ABŞ vətəndaşlarından birinə satılmalıdır. Əks təqdirdə əməliyyat sistemlərində olan proqram mağazalarından onun ABŞ ərazisində yüklənməsi mümkün olmayacaq.

Burhan,

KONKRET.az

Seçilən
24
50
Mənbələr
Şərh ()
Bağla