AZ

Məşhur məşqçi “Portu”nun prezidenti seçildi

style='margin-bottom:10px;'>

Portuqaliyanın “Portu” klubuna prezident seçkisi keçirilib.

QOL.az xəbər verir ki, bu vəzifəyə 46 yaşlı məşhur məşqçi Andre Villa-Boaş seçilib. O, səslərin 70 faizini qazanaraq 42 ildir “Portu”nun prezidenti olan Pinto de Kostaya qalib gəlib. 

Ande Villa-Boaş 2010/11 mövsümündə “Portu”nun baş məşqçisi olub. O, buradakı uğurlu işindən sonra İngiltərədə
“Çelsi” və “Tottenhem”i də çalışdırıb. 2021-ci ildə baş məşqçisi olduğu “Marsel”dən (Fransa) ayrıldıqdan sonra Boaş heç bir klubda işləmirdi.

Seçilən
29
2
Mənbələr
Şərh ()
Bağla