AZ

Tacikistan vətəndaşlarına Rusiyaya səfərdən çəkinmək tövsiyə olunub

Tacikistan Xarici İşlər Nazirliyi öz vətəndaşlarına “təcili zərurət olmadıqda” Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, müvafiq məlumat şənbə günü, aprelin 27-də nazirliyin rəsmi saytında dərc olunub.

Aprelin 26-da Tacikistan Xarici İşlər Nazirliyinin saytında Rusiya səfiri Sergey Qriqoryevlə nazirlikdə keçirilən görüş barədə məlumatda bildirilir ki, tərəflər digər məsələlərlə yanaşı, son bir neçə həftədə Tacikistan vətəndaşlarının Rusiya Federasiyasının dövlət sərhədini keçərkən qarşılaşdıqları çətinlikləri müzakirə ediblər.

Tacikistan tərəfi ölkə vətəndaşlarının Rusiyaya daxil olmasına icazə verilməməsi ilə bağlı əsassız hallarla bağlı narahatlığını ifadə edib.

“Krokus” konsert zalında baş verən terror aktından sonra Tacikistanın Əmək Nazirliyi “gündəlik səviyyədə” təqiblərə məruz qalan əmək miqrantlarının Rusiyadan getdiyini qeyd edib.

Tacikistandan gələn mühacirlərin adınnı keçdiyi terror hücumundan sonra Rusiyanın şəhərlərində əcnəbilərə qarşı kütləvi yoxlamalar aparılması başlanıb.

Bir gün əvvəl Moskvanın Basmannı məhkəməsi “Krokus”da törədilən terror aktı ilə bağlı iş üzrə on ikinci şübhəlini mayın 22-dək həbs edib. O, 21 yaşlı Tacikistan vətəndaşı Cumaxon Kurbonov olub. O, terror aktını törədənləri pulla təmin etməkdə şübhəli bilinir.

“RİA Novosti” məhkəməyə istinadən yazır ki, Kurbonov Rusiyada qeyri-rəsmi işləyib və vətənində qeydiyyatda olub. Moskvada yataqxanada yaşayırdı.

Musavat.com

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla