AZ

Levandovski klubunu dəyişə bilər

“Barselona”nın futbolçusu Robert Levandovski yayda klubunu dəyişə bilər.

Msport.az xəbər verir ki, bu barədə “Catalunya Radio” nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün yayda polşalı hücumçunu satmağı düşünür.

Xatırladaq ki, bu mövsüm Levandovski bütün turnirlərdə 43 matçda iştirak edib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Seçilən
74
35
Mənbələr
Şərh ()
Bağla