AZ

Paris-2024: Anna üçün son şans

Azərbaycanlı sablyaçı Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarının təsnifat yarışında iştirak edəcək.

İdman.biz xəbər verir ki, təmsilçimiz Lüksemburqda təşkil olunan lisenziya yarışında mübarizə aparacaq.

13 sablyaçı arasından ən güclü Parisə bilet qazanacaq. İdmançılar hərəsində 6 idmançı olmaqla 2 qrupda mübarizə aparacaqlar. Annanın qrup mərhələsindəki rəqibləri Ketlin Maksvell (Böyük Britaniya), Zoya Mariya Baldo (Xorvatiya), Julyen Kortein (Belçika), Ana Kampos (Portuqaliya) və Malqorzata Kovalçuk (Polşa) olacaq.

Yarışın reqlamentinə görə, ən yüksək reytinqə malik bolqarıstanlı Yoana İliyeva qrup mərhələsindən azaddır. Qruplarda ən yaxşı nəticəyə imza atan 9 sablyaçı pley-offa vəsiqə qazanacaq.

Qeyd edək ki, mübarizəyə Bakı vaxtı ilə saat 14:30-da start veriləcək.

İdman.biz

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla