AZ

"Sağlam bədəndə sağlam ruh olar" prinsipi ilə işlərimizə davam edirik"

Azərbaycanda uşaq futbolunun mövcud durumu ilə bağlı layihə yazılarımız davam edir. Daha öncə "Sumqayıt", "Neftçi", "Qarabağ", "Sabah" kimi klubların aşağı yaş qruplarındakı vəziyyətlə bağlı mütəxəssislərlə söhbətimiz olub. İndi isə "Turan Tovuz" akademiyasından bəhs edəcəyik. Əsas komandası ötən ildən Premyer Liqada yarışan tovuzlularda aşağı yaş qruplarında da işlər gedir. Bölgələrdən Azərbaycan futboluna illərboyu istedadlı gənclər bəxş olunub. 

Bu dəfə "Turan Tovuz"un U-15 komandasının baş məşqçisi Kamal Ələkbərovla söhbətləşdik. Mütəxəssis əvvəlcə komandadakı ümumi mənzərəni təsvir etdi:

“Komandaya ötən yaydan rəhbərlik edirəm. İşlərimiz qaydasında gedir. Yaxşı, perspektivli uşaqlarımız var. Tək Tovuzdan deyil, digər bölgələrdən də oyunçuları cəlb etmişik. Bəzi uşaqlar rayon komandalarından gəlib və peşəkar komanda görməyiblər. Ona görə müəyyən çətinliklərimiz var. Buna baxmayaraq, işlərimiz gedir və problemləri həll etməyə çalışırıq".

Həmsöhbətimiz uşaqların gec futbola başlamasından və bunun məşqçilər üçün yaratdığı çətinliklərdən söz açdı:

“Uşaqların potensialı var. Çoxu yaxşıdır, gələcəyə ümidlə baxırıq. Çətinliklərimiz uşaqların bazasıyla bağlıdır. Bəziləri var ki, 14 yaşından futbola başlayır. Belə uşaqların üzərində daha çox işləmək lazım olur. Uşaqlar futbolun əlifbasını vaxtında öyrənməlidir. Əsas problem kənardan gələnlərlə bağlıdır. Proqramlar tətbiq edir, uşaqlarla işləyirik. Koordinatorumuzla da akademiya məşqçiləri ilə birlikdə mütəmadi görüşür, işlərimizi müəyyənləşdirib, plan üzrə hərəkət edirik. Düzdür, 14 yaş futbol üçün gecdir. Amma bəzən elə uşaq çıxır ki, görürsən ki, bacarığı, istedadı var. Məsələn, mən özüm 19 yaşımda futbola başlamışam. Gec olsa da, öyrənmişəm. Əsas olan istedadı olan uşaqları tapıb, işləmək, onları irəli aparmaqdır. Ümumiyyətlə, uşaqlarla işləmək daha əyləncəlidir. Çalışırsan, onlarla çox işləyirsən ki, daha faydalı ola bilsinlər. Böyük komandalarda isə demək olar, hazır məhsullar gəlir. Ona görə aşağı yaş qrupları ilə işləmək daha yaxşıdır.

Ələkbərov Azərbaycan futbolunun problemli məsələlərindən biri - süni örtüklü meydançalarla bağlı fikirlərini bölüşdü. O, belə meydançaların uşaqların tez zədələnməsini və inkişafa mane yaratdığını qeyd etdi:

"Süni örtüklü meydançalar Azərbaycan futbolunun yaralı yeridir. Xüsusilə, aşağı yaş qruplarında çox zədələrə rast gəlirik. Mən U-15-dən başqa, bir neçə yaş qrupunda işləmişəm. Neçə ildir, hələ təbii örtüklü meydançada oynadığımız olmayıb. Bu, problemdir. Rəhbərliyimizin də planları var, örtüklər dəyişilməlidir. İlk plan hibrid meydançalardır – yarı süni, yarı örtük. Meydança problemləri həll olunandan sonra uşaq futbolunda vəziyyət daha yaxşı ola bilər".

Son illərdə gənc yaşda uşaqların pis vərdişlərə aludə olması, belə halların daha artması əsas problemlərdən birinə çevrilib. İdman isə uşaqları bu yoldan çəkindirmək üçün yaxşı vasitədir. Ələkbərov uşaqlarla tez-tez maarifləndirmə işləri apardıqlarını, onları pis vərdişlərdən uzaq tutmağa çalışdıqlarını dilə gətirdi:

"Rayon uşaqları fiziki cəhətdən daha üstündür. Döyüşkən xarakterləri olur. Uşaqlarla mütəmadi danışır, söhbətlərimiz olur. Rəhbərlik, akademiyamızın məşqçiləri hamımız bəzən uşaqlarla toplaşır, onları maarifləndiririk. 
Seçilən
44
Mənbələr
Şərh ()
Bağla