AZ

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Türkiyənin

Ankara, 28 aprel, AZƏRTAC

Musavat Dərvişoğlu Türkiyənin aparıcı siyasi qüvvələrindən biri olan İYİ Partiyasının yeni sədri seçilib.

AZƏRTAC xəbər verir ki, qərar aprelin 27-də Ankarada partiyanın 5-ci növbədənkənar qurultayının yekunlarına əsasən qəbul edilib.

Martın 31-də bələdiyyə seçkilərindən sonra istefa verdiyini elan edən Meral Akşenerin yerinə dörd namizəd iddia etsə də, səsvermənin ilk turunda onlardan heç biri kifayət qədər səs toplaya bilməyib.

Ən çox səs toplayan Koray Aydın və Müsavat Dərvişoğlu ikinci tura çıxıblar, lakin səsvermə yenə də qalibi müəyyən etməyib.

İYİ Partiyasının yeni rəhbərinin adı yalnız seçkilərin üçüncü turundan sonra məlum olub. Nümayəndələrin əksəriyyəti (1159-dan 611-i) İYİ Partiyasının tarixində ikinci sədr elan edilmiş M.Dərvişoğlunun namizədliyini dəstəkləyib. Qurultayın 548 iştirakçısı onun rəqibi Koray Aydına səs verib.

Meral Akşener vida nitqində varisinə uğurlar arzulayıb.

İYİ Partiyası Türkiyə parlamentində 43 deputatdan ibarət beşinci ən böyük fraksiyanı təşkil edir.

 
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla