AZ

Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib

"Crocus City Hall"da baş vermiş terror aktından sonra Rusiya sərhədçiləri hədsiz öcəşkənlik nümayiş eydirir, "tacik işidçilərlə" digər insidentlər yaradır..."
 
Son zamanlar Tacikistan vətəndaşları Rusiyaya daxil olmağa cəhd edərkən bürokratik problemlərlə üzləşir. 
 
Moderator.az xəbər verir ki, bu barədə "interfax.ru" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, bu, o qədər kütləvi hala çevrilib ki, bu məsələnin müzakirə edilməsi üçün Rusiyanın Düşənbədəki səfiri Tacikistan XİN-ə çağırılıb.
 
Bu Mərləzi Asiya respublikası vətəndaşlarının Rusiyaya daxil olduqda üzləşdiyi problemlər barədə Tacikistanın "ASIA-Plus" müstəqil informasiya agentliyi məlumat verib. 
 
Jurnalistlərin məlumatına görə, Tacikistanın təxminən min nəfər vətəndaşı Qazaxıstanın Cənub-Ural regionu sərhəddində "Sarqarçin" buraxılış məntəqəsində və Rusiyanın Orenburq vilayətində ilişib qalıb.
 
Rusiya sərhədçiləri Tacikistan Respublikasının hər bir vətəndaşını diqqətlə baxışdan keçirir, telefonlarında olan məlumatları öyrənir. Bu  zaman digər ölkələrin nümayəndələrinə belə diqqət yetirilmir.
 
Şahidlərin sözlərinə görə, sutka ərzində bu nəzarət-buraxılış məntəqəsindən orta hesabla 10 tacik nömrəli maşın keçir.
 
Hər şeydən göründüyü kimi, sərhədçilər Moskva ətrafında "Crocus City Hall" konsert salonunda baş vermiş terror aktının izilə həddən artıq "öcəşkənlik" nümayiş etdirir və "tacik işidçilərlə" digər insidentlər yaradır.
 
Bu məlumatlar fonunda Rusiyanın Düşənbədəki səfiri Semyon Qriqoryev Tacikistan XİN-ə söhbətə çağırılıb.
 
Rəsmi məlumata görə, tərəflər "iki ölkənin bundan sonra müxtəlif istiqamətlərdə qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi məsələlərini" müzakirə edib.
 
Diplomatlar həm də "son zamanlar Tacikistan Respublikası vətəndaşlarının son həftələrdə Rusiya sərhədlərini keçərkən üzləşdiyi çətinliklərdən" danışıb.
 
"Tacikistan vətəndaşlarının Rusiyaya girişə kütləvi xarakter alan əsassız imtina hallarınından" Düşənbənin narahatlığı Qriqoryevin nəzərinə çatdırılıb.
 
Bundan öncə "Crocus City Hall" da terror aktından sonra Orta Asiya respublikaları vətəndaşlarının üzləşdiyi problemlər barədə məlumat verilib, bunun nəticəsi olaraq Tacikistanın bir çox vətəndaşları Rusiyadan vətənlərinə dönüb.
Seçilən
31
Mənbələr
Şərh ()
Bağla