AZ

Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdırmaqİSTƏYİR

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə deputatı mayın 2-də bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər keçirildikdən sonra Baş nazir Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir.

Xezerxeber.az xəbər verir ki, bu barədə ingilis nəşrləri məlumat yayıb.

"Aparılan sorğular və qrup araşdırmaları göstərdi ki, Rişinin etdiyi heç bir şeyin əhəmiyyəti yoxdur. Söhbət siyasətdən yox, insandan gedir. O, insanların sadəcə xoşuna gəlmir", - parlamentarilərdən biri deyib.

Qeyd edək ki, bundan əvvəl “The Telegraph” Britaniyanın hazırkı Baş nazirinin Mühafizəkarlar Partiyasının qarşıdakı seçkilərdə ağır məğlubiyyətə uğrayacağını bildirib. On dörd min nəfərin iştirak etdiyi araşdırma mühafizkarların parlamentdə yalnız 169 yer tutacağını, müxalif Leyboristlər Partiyasının 385 yer qazanacağını və 120 səs üstünlüyü verəcəyini təxmin edir.

Məqalədə qeyd olunur ki, belə bir nəticə hakim partiyaya 1906-cı ildən dəstəyin ən böyük azlığını nümayiş etdirəcək.

Seçilən
79
10
Mənbələr
Şərh ()
Bağla