AZ

İNSİDENT: Hakim söyüldü, azarkeş şübəyə aparıldı, tribunanın yarısı boşaldı

Premyer Liqanın 32-ci turunda "Neftçi" "Turan Tovuz"u qəbul edir.

Sportinfo.az xəbər verir ki, oyunun ikinci hissəsində stadionda gərgin anlar yaşanıb.

Baş hakim Rəvan Həmzəzadənin Brunao Qonçalveşə qırmızı vərəqə göstərməsindən sonra qonaq azarkeşlər referinin ünvanına təhqiramiz şüarlar səsləndirib.

Polislərin işə qarışması ilə tovuzlu fanatlarla "poqonlular" arasında insident yaşanıb. Nəticədə "Turan Tovuz"un azarkeşi polis şöbəsinə aparılıb.

Tərəfdarların bir qismi buna etiraz olaraq tribunaları boşaldaraq futbolçuları meydanı tərk etməyə səsləyiblər.

HƏBİB

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla