AZ

İsrail Baş Qərargah rəisi Qəzzada müharibənin davam etdirilməsi planlarını təsdiqləyib

İsrail ordusu Baş Qərargah rəisi Herzi Halevinin Qəzza zolağında müharibənin davam etdirilməsi planlarını təsdiqlədiyini açıqlayıb.

İsrail ordusunun X sosial media hesabından məsələ ilə bağlı yazılı açıqlama verilib.

Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, açıqlamada Halevinin İsrailin Cənub Bölgəsi komandanı general-mayor Yaron Finkelman və bəzi komandirlərlə keçirdiyi görüşlərdən sonra Qəzza zolağında müharibənin davam etdirilməsi planlarını təsdiqlədiyi bildirilib.

İsrailin “Walla” saytında yer alan xəbərə görə, Baş Qərargah rəisinin danışıqlar zamanı Qəzza zolağının cənubunda yerləşən Rəfahın işğalı ilə bağlı əməliyyat planlarını təsdiqlədiyi bildirilib.

İsrailin maliyyə naziri Bezalel Smotrich də bu gün verdiyi açıqlamada, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin Rəfahı işğal etmədikcə mövcud olmağa haqqı olmadığını bildirib.

 

 

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla