AZ

"Bu oyun hədiyyə deyildi" - "Neftçi"nin baş məşqçisi

Misli Premyer Liqasının XXXII turunda "Neftçi" "Turan Tovuz"u 3:0 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Miodraq Bojoviç matçdan sonra baş tutan mətbuat konfransında oyunu şərh edib:

"Düşünürəm ki oyuna yaxşı başladıq. "Turan Tovuz" yaxşı komandadır, meydanda almaq istədiyini bilir, məşqçiləri gözəl baş məşqçdir. Ona görə də bu oyun hədiyyə deyildi. Təkbətək mübarizə çox idi. Matias və digər oyunçular rəqiblə mübarizə aparıb, yaxşı nəticə göstərdilər. Vaxtında qolları vura bildik. Qırmızıdan sonra oyunu bitirmək asan idi. Oyunçuları təbrik edirəm, mübarizələrinə görə təşəkkür edirəm. Sevinirik ki, azarkeşlər stadiona qayıdıblar".

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla