AZ

"Sevinirik ki, azarkeşlər stadiona qayıdıblar" - Bojoviç

Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində keçirilən "Neftçi" - "Turan Tovuz" (3:0) oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Miodraq Bojoviç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

- Oyuna yaxşı başlamışdıq. "Turan Tovuz" yaxşı komandadır, yaxşı məşqçiləri var. Özlərinəməxsus oyun üslübuna sahib komandadır. Fərdi mübarizələri sevirlər. Vaxtında qolları vura bildik, rəqib azlıqda qaldıqdan sonra oynamaq asan idi. Oyunçularımı təbrik edirəm. Sevinirik ki, azarkeşlər stadiona qayıdıblar.

- Lebonun əvəzinə Mirzov oyuna daxil oldu. Bu dəyişikliyi dəyişməkdə məqsədiniz nə idi?
- Lebonun zədəsi var. Bu gün onu əvəz edənə qədər yaxşı mübarizə apardı. Mirzovun də zədəsi var idi. O da pis çıxış etmədi.

- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsınız. Necə düşünürsünüz, həmin matçda xal qazana biləcəksiniz?
- Statistika xeyirimiə işləmir. Çalışcağıq ki, yaxşı hazırlaşıb, müəyyən uğur qazanaq.

Məlik Məlikov
Seçilən
64
Mənbələr
Şərh ()
Bağla