AZ

"Kimsənin Krım körpüsündə şəkil çəkdirmək imkanı olmayıbsa, indi bunun əsl zamanıdır..."

"Onlar indi quduz itlər kimi hürür, amma sonradan, qiyamət günündə acizanə zarıyacaq və peşiman olacaqlar..."
 
Litvalı diplomat Putinin "ən ağrılı yerinə" tezliklə zərbə endiriləcəyinə eyham vurub
 
Litvanın İsveçdəki səfiri Linas Linkyaviçus "X" sosial şəbəkəsində Krım körpüsünə zərbənin hazırlanmasına ehyam vuran körpünün fotoşəkli, raket buraxılışı, başını aşağı salan Putinin əks edildiyi kollaj dərc edib.  
 
Moderator.az xəbər verir ki, bu barədə "ukraina.ru" nəşri yazıb.
 
"Əgər kimsənin Krım körpüsündə şəkil çəkdirmək imkanı hələ olmayıbsa, indi bunu etməyin zamanıdır", - o, yazıb.
 
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Litva diplomatının sözlərinə münasibət bildirib.
 
"İndi onlar quduz itlər kimi hürür, amma sonradan, qiyamət günü gələndə acizanə zarıyacaq və belə yanlışlıqlara görə peşiman olacaqlar", - rusiyalı məmur təhdid edib.
 
Bu arada isə Z-nəşrləri ATACMS raketləri ilə Rusiyanın ilhaq edilmiş Krımdakı Tarxankut burnunda yerləşən hava hücumundan müdafiə bölməsinə zərbələr endirilməsi barədə məlumat verib.
 
"Əvvəllər bu növ silahla Krımdakı Cankoy hava limanı rayonunda yarımadanın şimalına zərbə endirilib. Hədəf həmçinin hava hücumundan müdafiə qurğuları olub", - "İki mayor" "Teleqram-kanal"ı yazıb.
 
İlhaq edilmiş yarımadanın üzdəniraq "hakimiyyəti" zərbə barədə məlumatı şərh etməyib. Bu barədə Rusiya Müdafiə Nazirliyi də məlumat verməyib.
 
Yerli çatlarda sakinlər yazır ki, gecə "güclü partıltı" eşidib. Bəzi insanlar güclü partlayışlar səbəbindən yuxudan oyanıb.
Seçilən
12
Mənbələr
Şərh ()
Bağla