AZ

“Hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın cavabını verərəm”-komplekslərdən necə azad olaq?-ARAŞDIRMA+ÖZƏL

Günümüzdə aktual problem halına gələn əsas məsələlərdən biri də kompleksdir. Bəziləri artıq çəki aldıqlarına görə, digərləri də zahiri görünüşlərinə görə tez-tez kompleksə düşürlər. Kənardan edilən təzyiqlər də insanlara bu məsələdə təsir edir. Cəmiyyətdə hansısa bir qüsur səbəbindən kompleks yaşayan insanlara rast gəlirik. Bu problem bir sıra məqamlarda insana çətinlik yaradır.
 
Moderator.az-a açıqlama verən tanınmış aktyor Natiq Fərzəliyev də vaxtilə kompleks yaşadığını etiraf edib.
 
“Bu mövzu ilə, komplekslə bağlı mono tamaşa da oynamışdım. Həmin tamaşada da deyirdim ki, “hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın cavabını verərəm”. Mən bunu mesaj kimi istəmişdim verim ictimaiyyətə ki, belə bir adamlara gülmək, məsxərəyə qoymaq düzgün deyil. Bizim dövrümüzdə onsuz da gəncliyin üzünə qapılar bağlı olurdu, çox çətinliklə hamı işə düzəlirdi, amma mənim ikiqat problemim var idi. Deyirdilər ki, boyuna görə sən aktyor ştatında işləyə bilməzsən. Mən də deyirdim ki, nizamnamədə elə bir qanun var ki, boy haqda danışsınlar? Varsa açın həmin bəndi mənə göstərin. Əlbəttə ki, onlar bunu mənə sübut edə bilmirdilər. Bu kimlərinsə şəxsi istəyi idi. 2 metr boyu olan aktyor var, baxırsan ki, ürəyi boşdur. Bu gün insanlar qəribədir. Uzuna da baxıb gülürlər, mənə də” deyə aktyor bildirib.
İnsan fərd kimi formalaşdıqda kompleks də yaranır. Bu əsasən hansısa bir çatışmazlıqdan və ya artıqlıqdan qaynaqla bilir. Azərbaycan Dövlət Pedaqoji Universitetin baş müəllimi, psixoloq Nigar Məmmədova isə saytımıza açıqlamasında bildirib ki, bu problemin qarşısını uşaqlıqdan almaq lazımdır. 
 
“İnsanda kompleks yaşanmasının əsas səbəblərindən biri də ailə tərbiyəsindən irəli gəlir. Bəzən uşağa “sən bacarmazsan, sən eləyə bilməzsən” deyərəkdən uşaqda özgüvəni öldürürlər. İnsanda özgüvən ölən zaman isə komplekslər yaranmağa başlayır. İnsanlarda kompleksin yaşanmaması üçün ailələr daha əlbir işləməlidirlər, ailələrlə maariflənmə işləri aparılmalıdır ki, övladlarına onların dəyərli olduqlarını anlata bilsinlər. Uşaqlara hər zaman “sən bacararsan, sən eləyə bilərsən, biz sənin arxandayıq” sözünü demək lazımdır. Kompleksin qarşısı vaxtında alınmasa insanda eqoizm kimi mənfi xüsusiyyət yarada bilər. Buna psixologiyada üstünlük kompleksi deyilir. Bu cür yaşamaq isə sərbəstlik və rahatlıq hissini azaldır” deyə psixoloq bildirib.
Seçilən
41
6
Mənbələr
Şərh ()
Bağla