AZ

"Bu cür epizodlardan istifadə edə bilmiriksə..." - Qurban Qurbanov

Azərbaycan Premyer Liqasının XXXII turunun "Sumqayıt" - "Qarabağ" oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- "Sumqayıt"ı təbrik edirəm. Gözəl şəhərdə yaxşı futbol havası var idi. Əsl futbol bayramı oldu. Onları təbrik edir, uğurlar arzu edirəm. Özümüzə gəlincə, pis oynamadıq. Bir neçə dəfə əks-hücumda yaxalandıq. Bu oyunda topa daha çox sahib olmaq vacib idi. Sadəcə bu gün uğur "Sumqayıt" tərəfdə oldu. Çox istərdik ki, belə atmosferdə oyunlar daha çox olsun.

- Hər iki hissədə üstün tərəf idiz. Məhsuldarlığın sıfır olması nə ilə bağlıdır?
- Futbolda belə oyunlar olur. Nə qədər danışsaq da, futbolçular sona yaxın bir az diqqət çatışmazlığı yaşayır. Çalışırıq ki, belə şeylər olmasın. Amma bu cür epizodlardan istifadə edə bilmiriksə, deməli, yaxşı hazırlaşmamışıq, fikir başqa yerdədir.

- Necə düşünürsünüz, istək keyfiyyətə üstün gəldi?
- Görünən odur. "Sumqayıt" həddindən artıq istəkli idi.

Şahin Cəfərov
Seçilən
31
Mənbələr
Şərh ()
Bağla