AZ

Bəxtiyar Həsənalızadənin komandası evdə xal itirdi

Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi Türkiyənin “Tuzlaspor” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 32-ci turu çərçivəsində lider “Bodrumspor”la qarşılaşıb.

Doğma meydanda baş tutan qarşılaşmada futbolçumuzun komandası 1 xalla kifayətlənib – 0:0.

Həsənalızadə bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçunun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Tuzlaspor” hazırda 34 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la 2023-cü ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 19 oyuna çıxıb. O, bu oyunlarda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
60
1
Mənbələr
Şərh ()
Bağla