AZ

Liqa 1: PSJ 12-ci dəfə Fransa çempionu olub

Liqa

Bakı, 28 aprel, AZƏRTAC

Futbol üzrə Fransa çempionatının 2023-2024-cü illər mövsümünün qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, PSJ bu ada sahib çıxıb. Belə ki, Liqa 1-in XXXI turunda "Monako"nun "Lion"a 2:3 hesabı ilə məğlub olmasından sonra aktivində 70 xalı olan Paris təmsilçisinin sona 4 tur qalmış qızıl medalları təmin etməsi dəqiqləşib. Knyazlıq klubu isə xal itkisinin ardından 58 xalla ikinci pillədə qərarlaşıb.

Bununla da paytaxt klubu 12-ci dəfə qızıl medala sahib çıxıb.

Qeyd edək ki, ötən mövsüm də Fransa çempionluğunu PSJ əldə etmişdi.

Seçilən
56
11
Mənbələr
Şərh ()
Bağla