AZ

Kadırov 16 yaşlı oğluna yüksək vəzifə verdi

Çeçenistan lideri Ramzan Kadırovun oğlu, 16 yaşlı Adam Qudermesdəki Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin (RUS) kuratoru təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə Kadırov özü məlumat yayıb.

“Əziz qardaşım, RUS-un rəhbəri Baybetar Vayxanovun xahişi ilə mən Adam Kadırovu RUS-un kuratoru təyin etmək qərarına gəldim, o, məşhur universitetin fəaliyyəti ilə yaxından tanışdır, ona görə də onun öhdəsindən gələcəyinə inanıram. O, üzərinə düşən vəzifələri mükəmməl şəkildə yerinə yetirir”, - Ramzan Kadırov Teleqram kanalında yazıb.

Seçilən
46
8
Mənbələr
Şərh ()
Bağla