AZ

Fatih Terim qəzəbindən dəliyə döndü: Əliyar Ağayev...

Türkiyəli məşhur futbol mütəxəsisi Fatih Terimin komandası "Panatinaikos" doğma meydanda "Aris"ə 1:0 hesabı ilə məğlub olaraq çempionluq yolunda böyük zərbə alıb.

Publika.az xəbər verir ki, məğlubiyyətə qəzəblənən Terim mobil telefonunu yerə çırpıb.

Təcrübəli çalışdırıcı matçdan sonra azarkeşlər tərəfindən də fitə basıb.

Qeyd edək ki, oyunu Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. VAR-da Kamal Umudlu, onun köməkçisi isə Andreas Fotopoulos olub. Dördüncü hakim funksiyasını Fotis Polironis yerinə yetirib.

Ə.Ağayev oyun ərzində ümumilikdə 11 futbolçuya sarı vərəqə göstərib. Vərəqələrdən 5-i meydan sahiblərinin, 6-sı isə qonaqların payına düşüb.

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla