AZ

Tovuzda avtobusun vurduğu piyada xəstəxanada ölüb - FOTO - YENİLƏNİB

Tovuzda sərnişin avtobusunun vurduğu qadın xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, dünyasını dəyişən 30 yaşlı Rəfa Nağıyevadır.

Faktla bağlı araşdırma aparılır.

***
28:04.2024
21:50


Tovuzda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Bakıdan Qazaxa gələn sərnişin avtobusu yolu keçmək istəyən orta yaşlı qadını vurub.

Qadının vəziyyətinin ağır olduğu bildirilir.

Tovuzda Tovuzda
Seçilən
74
5
Mənbələr
Şərh ()
Bağla