AZ

Bu ölkədə 34 ildən sonra dollar bahalaşdı

Yaponiya milli valyutasının dollara nisbətdə məzənnəsi son 34 ilin ən aşağı səviyyəsinə düşüb.

KONKRET.az Yaponiyanın aparıcı biznes nəşri Nikkay-ə istinadən xəbər verir ki, elektron valyuta ticarəti məlumatlarına görə, dollar 1990-cı ilin aprelindən bəri ilk dəfə olaraq 160 yendən bahalaşmağa başlayıb.

Martın 19-da Yaponiya uzun illərdən sonra ilk dəfə olaraq mənfi məzənnə praktikasından imtina edib və onu 0%-dən 0,1%-ə qədər səviyyəyə çatdırıb. Lakin ekspertlərin fikrincə, onun sonrakı artım tempi əhəmiyyətsiz olacaq.

Yeninin davam edən zəifləməsi fonunda investorların diqqəti Yaponiyanın maliyyə orqanlarının valyuta müdaxiləsi edib-etməyəcəyinə yönəlib. Bundan əvvəl maliyyə naziri Şuniçi Suzuki həddindən artıq valyuta dalğalanması ilə mübarizə üçün hər hansı tədbirləri istisna etməyəcəyini bildirmişdi.

Ekspertlərin fikrincə, bu tədbirlər spekulyativ dalğalanmalarla mübarizədə effektiv ola bilər, amma yenin zəifləməsinin fundamental səbəblərinə təsir etməyəcək.

Rəsmiyyə Şərifova,

KONKRTET.az

Seçilən
77
2
Mənbələr
Şərh ()
Bağla