AZ

Mutu Səudiyyə Ərəbistanına gedir

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu işlə bağlı problem yaşamır.

Futbolinfo.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis həm “Neftçi”də, həm də ÇFR-dəki uğursuzluğa baxmayaraq, tezliklə yeni macəraya başlayacaq. Çünki həm Rumıniyadan, həm də ölkə xaricindən təklifləri var.

45 yaşlı çalışdırıcı ən cəlbedici təklifi Səudiyyə Ərəbistanından alıb. Belə ki, II Liqa təmsilçisi “Əl Qadisiya” onunla danışıq aparır. Rumıniyalı isə ərəblərin qarşısına şərt qoyub. Belə ki, o, “Əl Qadisiya”dan illik 1,5 milyon dollar maaş tələb edib. Rumınlar bunun “Neftçi”dəki qazancından iki dəfə çox olduğunu bildiriblər. Onun Azərbaycan təmsilçisində olarkən illik məvacibinin 700 min avro olduğu vurğulanıb.

Qeyd edək ki, Mutu 2023-cü ilin yayında “sükanı arxasına” keçdiyi “Neftçi”ni həmin ilin sonunda tərk edib.

Seçilən
4
2
Mənbələr
Şərh ()
Bağla