AZ

Cəbhə xətti genişlənir – Rusiya daha bir bölgəni hədəfə aldı

Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə hücuma hazırlaşır. Məqsəd Ukrayna qüvvələrinin mümkün əks-hücumundan əvvəl cəbhə xəttini genişləndirməkdir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukraynanın baş komandanı Aleksandr Sırski bildirib ki, Rusiya Xarkov istiqamətində qoşun toplayır və yenidən qruplaşır. Bu baxımdan Ukrayna bu istiqamətdə ən təhlükəli nöqtələri gücləndirməyə məcbur olub. Bununla belə, analitiklər onu da iddia edirlər ki, Sırskinin sözləri Rusiyanın Xarkova hücumunun qaçılmazlığına dəlalət etmir. Baş komandan qeyd edib ki, Ukrayna bu yaxınlarda Sinkivka (Kupyanın şimal-şərqi) yaxınlığında mövqelərini gücləndirib.

Amerikalı ekspertlərin fikrincə, aylarla davam edən hücumlara baxmayaraq, rusların Sinkivkanı ələ keçirə bilməməsi onların döyüş qabiliyyətini şübhə altına alır.

ISW Rusiyanın Xarkovu ələ keçirmək üçün potensial hücumunun son dərəcə iddialı təşəbbüs olacağına inanır. ABŞ institutu hesab edir ki, bu, Rusiya qüvvələri üçün ciddi problemlər yaradacaq, xüsusən də rusların ABŞ hərbi yardımının gəlişindən sonra yaxşı təchiz edilmiş Ukrayna ordusu ilə qarşılaşacağını nəzərə alsaq.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
5
Mənbələr
Şərh ()
Bağla