AZ

Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə 1101 ədəd zeytun ağacı əkilib

Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

 

Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Tibb Mərkəzinin (STM) birgə təşkilatçılığı ilə keçirilən aksiyada Bulvar ərazisində 1101 ədəd zeytun ağacı əkilib.

 

Bu məlumat Aztibb.az-a STM-dən verilib.

 

STM-nin rəhbərliyinin və kollektivinin qatıldığı aksiyada Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib.

Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla