AZ

Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEO

2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, hərbi qulluqçular müxtəlif mərhələlərdə “Rahat olmayan vəziyyətdən atış”, “Snayper müdafiədə”, “Snayper hücumda”, "Snayper estafeti” və digər mövzular üzrə çalışmaları yerinə yetiriblər.
Yarışın keçirilməsinin əsas məqsədi hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı snayperin müəyyən olunmasıdır.

Seçilən
21
27
Mənbələr
Şərh ()
Bağla