AZ

Dövlət Komissiyası: Təəssüf ki, aşkar etdiyimiz meyit qalıqlarının hamısı tələblərə cavab vermir

"İtkin düşmüş şəxslərin böyük əksəriyyətinin ailə üzvlərindən bioloji nümunələr götürülüb. Ancaq bu iş tam yekunlaşmayıb və davam edir".

Bunu APA-ya geniş müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, şəxsiyyəti eyniləşdirilmiş 108 nəfərin hamısı məhz bu nümunələrdən istifadə edilərək müəyyənləşdirilib: "Sözsüz ki, burada vacib aspekt molekulyar genetik laboratoriyanın verdiyi cavabdır. Əgər tapılmış sümüklərdə bioloji nümunə, başqa sözlə DNT varsa, onun şəxsiyyətinin müəyyən olunması asandır".

İsmayıl Axundov qeyd edib ki, bununla yanaşı, itkin düşmüş şəxslərin eyniləşmə prosesində digər metodlardan da istifadə olunur: "İtkinlərlə bağlı ilkin olaraq antemortem - ölümdən əvvəliki - məlumatlar toplanır. Məzarlar aşkarlanandan sonra isə postmortem - ölümdən sonrakı - məlumatlar toplanır ki, əvvəlki məlumatlarla tutuşdurulsun. Ümumilikdə isə şəxsiyyətin eyniləşdirilməsi çox mürəkkəb prosesdir, bu ciddi vaxt, maddi və insan resursları tələb edir. Ekshumasiya prosesində tapılan meyit qalıqları müəyyən tələblərə cavab verməlidir. Təəssüf ki, aşkar etdiyimiz meyit qalıqlarının hamısı o tələblərə cavab vermir.

Ümumiyyətlə, antemortem məlumatların toplanması zamanı verilmiş bütün informasiyalar qeydiyyata alınır. Bu prosesdə itkinin ailə üzvlərinin, son dəfə onu görmüş və yanında olmuş şəxslərin verdiyi məlumatlar toplanır və sistemləşdirilir. Sonuncu dəfə itkinin əynindəki geyim, ayaqqabı, yaxud cibindəki daraq, qələm, qol saatı və s. kimi məlumatları nəzərdə tuturam. Əgər məzardan deyilən parametrlərə uyğun artefaktlar tapılırsa, itkin düşən şəxsin şəhidolma arealı da bizə məlumdursa, bu metodologiyalardan da istifadə olunur".

Seçilən
23
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16486
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16118
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15615
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13670
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12471
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9687
"Zaur, yenə çaşdın..." - VİDEO
7933
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6194
Minimum əmək haqqı nə qədər arta bilər?
6103
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Çingiz Mustafayevin toyudur - FOTOLAR
5479
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5306
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5252
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4529
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4288
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4211
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3282
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3275
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3055
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
3017