AZ

PashaPay - fintex dünyasında iki illik innovasiya

Bakı. Trend:

Ödəmələrdə Azərbaycana rahatlıq və sürət gətirmək iki yaşlıPashaPay-in yarandığı gündən bəri davam etdirdiyi missiyadır. Sürətvə rahatlığın həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdəPashaPay maliyyə əməliyyatları üçün sadə və effektiv həllər təklifedərək ön sıralardadır.

PashaPay səyahətinin ilk günlərindən innovasiya və yüksəkstandartlar prinsiplərinə sadiqdir. Mövcud olduğu iki il ərzindəşirkət insanlara maliyyələrini asan və təhlükəsiz şəkildə idarəetməyə kömək edən bir sıra məhsullar hazırlayıb və tətbiq edib.

Şirkətin ən mühüm nailiyyətlərindən birincisi ölkəmizdəmilyonlarla istifadəçinin əsl yoldaşına çevrilmiş MilliÖn ödəməterminallarıdır. 4300-dən çox terminalı ilə respublikanın həryerini əhatə etməyi hədəfləyən MilliÖn 900 növ xidmətlə hər aymilyonlarla insanın yanındadır.

Lakin PashaPay ödəmə terminalı ilə məhdudlaşmayaraq m10 elektronpulqabını əhalinin istifadəsinə təqdim etdi. Bu pulqabı ekrana birneçə toxunuşla pul qəbul etməyə, köçürmələrə və müxtəlif ödəmələrəimkan verir. Təhlükəsiz şifrələmə və istifadəçi dostu interfeyssayəsində istifadəçilər vəsaitlərinin təhlükəsizliyinə əmin ola vəonları istənilən vaxt, hər yerdə asanlıqla idarə edə bilərlər.

PashaPay texniki yeniliklərlə yanaşı, sosial məsuliyyət vədavamlı inkişafa da sadiqdir. Şirkət müxtəlif xeyriyyəaksiyalarını, sosial təşəbbüsləri fəal şəkildə dəstəkləyir vəbununla daha yaxşı gələcək yaratmağa kömək edir.

Mövcud olduğu iki il ərzində PashaPay çox şeyə nail olub.Şirkətin gələcək yolu mövcudluğunun ilk iki ili kimi həyəcanlı vəuğurlu olacağını vəd edir.

Seçilən
6
7
Mənbələr
Şərh ()
Bağla