AZ

Vüsalın komandası 10 nəfərlə qalib gəldi

style='margin-bottom:10px;'>

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi "Boluspor" Türkiyə 1-ci liqasında 32-ci tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda evdə "Altay"la qarşılaşıb. Görüş 58-ci dəqiqədən etibarən azlıqda qalan "Boluspor"un 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal da bu oyunda iştirak edib. O, 80-ci dəqiqədə Oğuz Güctekinin əvəzinə meydana daxil olub.

Qeyd edək ki, "Boluspor" hazırda turnir cədvəlində 50 xalla 7-ci pillədə qərarlaşır.

"Boluspor" - "Altay" - 3:1

Qollar: Daniel Avramovski, 55, 90+4, Nabi Yussuf Olare, 68 - Enes Oğruce, 45+1

Qırmızı vərəqə: Petar Ciciç, 58 ("Boluspor")

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla

Reytinq