AZ

Benzia üçün daha bir "elçi"

"Qarabağ"ın futbolçusu Yassin Benziaya daha bir "elçi" çıxıb.

Futbolpress.az xəbər verir ki, Fransanın "Nitsa" klubu yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə "africafoot.com" saytı məlumat yayıb.

Daha əvvəl sözügedən ölkənin "Tuluza" klubunun Benzia ilə maraqlandığı qeyd olunub.

Benzia 2023-cü ilin yanvarından "Qarabağ"da forma geyinir. Onun "transfermarkt"da dəyəri 1 milyon avrodur.

29 yaşlı yarımmüdafiəçi bu mövsüm 46 oyunda 16 qol vurub, 15 məhsuldar ötürmə edib.
Seçilən
10
49
Mənbələr
Şərh ()
Bağla