AZ

Deputat Jalə Əhmədova: “ Azərbaycan-Almaniya münasibətlərinin inkişafı baxımından irəliyə doğru atılmış növbəti uğurlu addım oldu”

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Ölkə başçısı aprelin 26-da Almaniyada mətbuat konfransında çıxışı zamanı da diqqətə çatdırdı ki, son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.

Cənab Prezident bildirdi ki, COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Azərbaycan Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışır və təbii qaz təchizatçısı kimi həm də Avropa üçün yaşıl enerji təchizatçısı olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir.
Ölkə başçımız vurğuladı ki, Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Avropaya qaz təchizatımız strateji tərəfdaşlıq əsasında həyata keçirilir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul edilib. 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindəyik.
Avropada təbii qaza – yeni mənbələrdən olan qaza tələbatın artmasından danışan Prezident İlham Əliyev qeyd etdi ki, əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyarda çatıb. Həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır.
Dövlət başçımız çıxışında Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndirərək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu yaxınlarda Almaniyada görüşü, Almaniyanın xarici işlər nazirinin bu məsələdə dəstəyi barədə də fikirlərini bölüşdü. Cənab Prezident qeyd etdi ki, növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq.
Cənab Prezident çıxışında Azərbaycanın ərazi bütövlüyünü tam bərpa eməsi, Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesinin başlanması, 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndinin geri qaytarılması, Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin öz fəaliyyətini dayandırması, ölkəmizdə media azadlığının təmin edilməsi, media məkanının xarici neqativ təsirlərdən qorunması, Qarabağda və Şərqi Zəngəzurda gedən bərpa, yenidənqurma işləri, Azad olunmuş torpaqlara müntəzəm surətdə media turlarının təşkil edilməsinin əhəmiyyəti, artıq 6 min keçmiş köçkünün öz dədə-baba torpağına qayıtması, Fələstin xalqının azadlığının və müstəqilliyinin hər zaman Azərbaycan tərəfindən dəstəklənməsi, Azərbaycanın neftdən və qazdan əldə olunmuş gəlirlərdən düzgün istifadə etməsi barədə də dəyərli fikirlərini bölüşdü.
Həmin gün aprelin 26-da Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentindəki çıxışında isə COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın bu qlobal tədbirə hazırlığı, Azərbaycanın 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında dörd il sədrliyi dövründə görülən işlər, ölkəmizin bir çox Avropa ölkələri ilə münasibətləri, Azərbaycanın OPEC+ platformasının üzvü kimi fəaliyyəti, ölkəmizin neft və qaz ehtiyatlarının istifadə istiqamətləri, onun Avropa üçün əhəmiyyəti, Azərbaycanın xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə nəhəng layihələri, onların enerji təhlükəsizliyinin gücləndirilməsində rolu barədə danışdı.
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərinin yekunlarına nəzər salsaq, əminliklə deyə bilərik ki, bu səfər Azərbaycan-Almaniya münasibətlərinin inkişafı baxımından irəliyə doğru atılmış növbəti uğurlu addım oldu.

Jalə Əhmədova

Milli Məclisin deputatı

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4298
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3800
Bu yol qovşağında təmir işləri aparılacaq
3342
Bakıda hoteldə yanğın başlayıb
2859
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1971
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1794
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1627
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1587
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1575
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1401
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1379
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1293
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1278
Azərbaycan nefti ucuzlaşıb
1227
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1075
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1058
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1054
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1045
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
999
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
918