- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
KXDR hakimiyyət orqanları Cənubi Koreya ilə sərhəddə demilitarizasiya zonası daxilində yolu minalayıb.
"Yonhap" xəbər agentliyi bu barədə Cənubi Koreya hərbi rəsmisinə istinadən məlumat yayıb.
“Hərbçilər KXDR-nin keçən ilin sonunda Seuldan 85 km şimal-şərqdə, Çeorvondakı "Arrowhead" təpəsinin yaxınlığında, silahsızlaşdırılmış zona daxilində torpaq yola mina qoyduğunu aşkar ediblər",-deyə nəşr qeyd edib.
Yolun 1950-1953-cü illər Koreya müharibəsi zamanı həlak olanların qalıqlarının birgə qazıntı işini asanlaşdırmaq üçün 2018-ci il Koreyalararası hərbi sazişə uyğun olaraq çəkildiyi bildirilib.
Bundan əlavə, agentlik iddia edir ki, Pxenyan daha iki yolda - qərbdə Gyeonggi və şərq sahilində Donghaedə də minalar quraşdırıb.