AZ

Beynəlxalq elmi-praktik konfrans: “Oftalmologiyanın müasir aspektləri”

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyevanın adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş “Oftalmologiyanın müasir aspektləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

Milli Oftalmologiya Mərkəzindən Aztibb.az-a verilən xəbərə görə, konfransın keçirilməsində əsas məqsəd oftalmologiyada baş verən ən son yenilikləri, aktual məsələləri və müasir aspektləri müzakirə etməkdir.

 

Konfransı giriş sözü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov açıb.

 

O, görkəmli oftalmoloq alim, ictimai xadim, akademik Zərifə Əliyevanın elmi yaradıcılığından, onun oftalmologiya sahəsinə verdiyi töhfələrdən, oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib.

 

Daha sonra Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini, t.e.d. Hicran Namazova Zərifə xanım Əliyevanın elmi yaradıcılığından söz açıb.

 

Konfransda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan, Azərbaycan Tibb Universitetinin Göz Xəstəlikləri Kafedrasından, digər özəl və dövlət təşkilatlarından, regionlardan professorlar və gənc oftalmoloqlar iştirak edib.

 

Eyni zamanda, konfransda Azərbaycan alimləri ilə yanaşı, Rusiyadan və Türkiyədən gəlmiş qonaqlar iştirak edərək məruzə ilə çıxış ediblər.

 

Konfransda t.ü.f.d. Yazgül Abdıyeva, t.ü.f.d. Lalə Axundova, dos. Qurban İsmayılov, Aysel Əkbərova, prof. Hacıyev Rasim, prof. Selina Olga, Dilarə Babayeva, Kramarenko Yevgeniya, Emin Əlihüseynli, prof. Levent Akçay, prof. Məltəm Söylev Bajin, Humay Bayramova, Günay Əliyeva, t.ü.f.d. Şəhla Əsədova, İmran Carullazadə, t.ü.f.d. Səbinə Məcidova, Könül Feyziyeva və Rövşən Rəcəbli tərəfindən məruzələr dinlənilib.

Seçilən
15
1
Mənbələr
Şərh ()
Bağla