AZ

KTM-də 35 gün reanimasiya şəraitində komada qalan xəstə iki ay sonra yeriyərək evinə getdi

Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə (KTM) gətirilən daha bir xəstə həkimlərin səyi nəticəsində həyata qaytarılıb.

 

KTM-dən Aztibb.az-a bildirilib ki, avtomobil qəzası nəticəsində ağır kəllə-beyin travması, beyin qanaması diaqnozu ilə KTM-ə daxil olan 29 yaşlı xəstə, yaxınları ilə əlaqə yaradılmasının mümkün olmamasına rəğmən həyatı göstəriş olduğu üçün təcili əməliyyata götürülüb.

 

Arxa kəllə çuxurunda və beyinin sol tərəfində qanama səbəbilə uzman neyrocərrah Nicat Bayramlı, anestezioloq-reanimatoloq Tacinur Məmmədzadənin iştirakı ilə üzərində əməliyyat icra olunan xəstə 35 gün reanimasiya şəraitində komada qalıb. Vətəndaş uzun müalicə prosedurlarından sonra həkimlərin səyi nəticəsində həyatda qalıb.

 

Hazırda danışmağa və yeriməyə başlayan xəstə iki aylıq stasionar müalicədən sonra yaxşılaşma ilə evə buraxılıb.

Seçilən
22
1
Mənbələr
Şərh ()
Bağla