AZ

Çin lideri may ayında Fransa, Serbiya və Macarıstana səfər edəcək

Çin lideri Si Çinpin mayın 5-10-da Fransa, Serbiya və Macarıstana səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu haqda Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq bildirib.

“Fransa prezidenti Emmanuel Makron, Serbiya prezidenti Aleksandr Vuçiç, Macarıstan prezidenti Tamaş Szujok və baş nazir Viktor Orbanın dəvəti ilə Çin Xalq Respublikasının sədri Si Cinpin mayın 5-dən 10-dək bu üç ölkəyə dövlət səfərləri edəcək”, - TASS sitat gətirir.

Dekabrda Çin prezidenti bildirib ki, Çin və Avropa İttifaqı dünyada daha böyük sabitliyi birgə təmin etmək üçün məsuliyyət daşıyırlar.

Seçilən
17
17
Mənbələr
Şərh ()
Bağla