AZ

Ağacları obyektin sahibi götürüb – Rəsmi

Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsi, Misir parkının yanında piyadalar üçün nəzərdə tutulmuş səkilər sökülüb.

NOCOMMENT.az “qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bundan əlavə izləyicilər hadisə yerindən çəkilən fotolara yazılan şərhlərdə iddia ediblər ki, adıçəkilən ünvanda xeyli ağac olub və bir gecənin içində kəsilib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi İradə İbrahimova məsələdən xəbərdar olduqlarını bildirdi:

“Hazırda araşdırma aparılır. Nəticəsi barədə məlumat verəcəyik”.

***

Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə ilə Qalibiyyət küçələrinin kəsişməsində, Misir parkı ilə üzbəüz ərazidə ağacların götürülməsi faktı müəyyən edilib. Xidmət rəsmisi Emin Əliəkbərov qeyd edib ki, araşdırma zamanı ağacların sözügedən ərazidəki qeyri-yaşayış obyektinin sahibi Abbas Yusifov tərəfindən götürüldüyü məlum olub:

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17869
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17437
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16626
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15071
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13930
Çingiz Mustafayevin toyudur - FOTOLAR
11751
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
11113
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
10626
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10438
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10057
"Zaur, yenə çaşdın..." - VİDEO
8378
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7204
Minimum əmək haqqı nə qədər arta bilər?
6547
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6290
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5962
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5070
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5027
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4770
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4126