AZ

Günahkarlar gəlsin, üzr istəsin! - Klubu göydən yerə çırpanlar

Bu mövsüm Premyer Liqanı tərk edəcək komandanın adı sona 4 tur qalmış bəlli oldu.

Gözlənildiyi kimi, «bədbəxt iştirakçı» statusu «Qəbələ»nin yaxasında ilişib qaldı.

Avropa Liqasının qrup mərhələsinə iki dəfə vəsiqə qazanmış, uzun illər ölkə futboluna rəng qatmış, böyük akademiya və baza yaratmış, bu müddət ərzində neçə-neçə gənc istedadı üzə çıxarmış bir klubun bugünlərlə qalması, elitadan aşağı yuvarlanması həqiqətən çox üzücü hadisədir. Kaş belə olmazdı, «Qəbələ» liqa ilə vidalaşmazdı.

Özü yıxılan ağlamaz. Yəqin ki, «Qəbələ» rəhbərliyi özünə hörmət edəcək, «Şamaxı»dan nümunə götürəcək və güzəşt məqsədi ilə AFFA-nın qapısını döyməyəcək.

İdman prinsipləri qorunmalı, ayrı-seçkiliyə yol verilməməlidir.

Səbəblər və səbəbkarlar çoxdur. Başda prezident Fariz Nəcəfov olmaqla, klubun digər funksionerləri, baş məşqçi Kaxaber Sxadadze sonluğun belə alınmasında təqsirkardır.

Biri də yaxasını kənara çəkməsin.

Eləcə də, iki sabiq - baş menecer olmuş Nail Kərimov və baş məşqçi postunu tutmuş Elmar Baxşıyev. Bu ikili «Qəbələ»nin dibə vurmasında «əziyyət»i keçmiş şəxslərdir.

Yanlış strategiya və yanlış transferlərlə dağ boyda klubu göydən yerə çırpdılar. İlk 6-7 ayda o qədər səhvlərə yol verdilər, ondan sonra görəvə gələnlər də komandanı yığıb-yığışdıra bilmədilər.

Gəlsinlər, onlar da «Qəbələ» camiəsindən üzr istəsinlər. Üzləri varsa.

MUSA

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla