AZ

LDU-da “yaşıl” iqtisadiyyatla bağlı konfrans...

Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl” iqtisadiyyat və davamlı inkişaf” mövzusunda Elmi-praktik konfrans keçirilib. Elmi-praktiki konfransı giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektorunun müşaviri, prof. Mikayıl Məhərrəmov açıb və LDU-nun rektoru prof. Natiq İbrahimovun təbrikini konfrans iştirakçılarına çatdırıb.

 

AzEdu.az xəbər verir ki, keçirilən konfransın olduqca vacib qlobal problemə həsr olunduğunu
deyən prof. Mikayıl Məhərrəmov bu istiqamətdə dünyada və Azərbaycanda görülən işlərdən söz açıb, LDU-da kadrların hazırlığı prosesində bu amilə xüsusi diqqət yetirildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.


Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə mövzu ilə bağlı çıxışında gənclərin qarşısında duran məsələlərdən, bu istiqamətdə görüləcək işlərdən danışıb.


Elmi-praktik konfransda Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı dos. Gülbəniz Əliyeva “Davamlı inkişaf və yaşıl iqtisadi modelə keçid” mövzusunda geniş məruzə edib. Məruzədə bildirilib ki, Hazırda “yaşıl iqtisadiyyat” a keçid bütün dünyada böyük aktuallıq daşıyan çağırışlardan biridir və “yaşıl” iqtisadiyyatın əsas xüsusiyyətləri təbii resurslardan efektiv istifadə olunması, təbii kapitalın qorunub saxlanması və artırılması, çirklənmənin azalması, karbon tullantıları, ekosistem xidmətlərinin və biomüxtəlifliyin itirilməsinin qarşısının alınması, gəlirlərin və məşğulluğun
səviyyəsinin yüksəldilməsidir.

 


Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının müdiri dos. Aytəkin Əfəndiyeva “Yaşıl iqtisadiyyata sinergetik yanaşma” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, qloballaşan dünyada insanların rifah səviyyəsinin artırılması və tələbatlarının ödənilməsində davamlılığın təmin olunması üçün iqtisadi, sosial və ekoloji aspektlərin hər birinin nəzərə alınması vacibdir.

 

Məruzələr ətrafında LDU-nun “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının dosentləri Fərid Xankişiyev, Ülvi Quliyev çıxış ediblər. Çıxışçılar bildiriblər ki, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir.


Plenar iclasdan sonra konfrans işini “Azərbaycanda yaşıl iqtisadiyyatın inkişaf imkanları” adlı bölmə iclasında davam etdirib. Elmi-praktik konfransın işində LDU ilə yanaşı ölkənin digər ali təhsil ocaqlarının da professor-müəllim heyəti, gənc tədqiqatçıları mövzu ilə bağlı tezislərlə çıxış ediblər.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17694
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17384
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16398
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14845
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13843
Çingiz Mustafayevin toyudur - FOTOLAR
11210
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10379
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
9757
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
9727
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
9568
"Zaur, yenə çaşdın..." - VİDEO
8329
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7177
Minimum əmək haqqı nə qədər arta bilər?
6528
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6202
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5900
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4988
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4897
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4713
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4038