AZ

İranda çox sayda həkim ispirtli içkidən zəhərləndi

Şirazda 29 həkim zəhərlənib.

İranın Şiraz şəhərində 29 həkim spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, hadisə Şirazın ətrafında olan bağlardan birində keçirilən şənlik mərasimində baş verib.

Qadın həkimlərdən biri ölüb, bir neçə həkim komaya düşüb və qalanları böyrək çatışmazlığı diaqnozu ilə müalicə olunurlar.

Qeyd edək ki, İranda spirtli içki istehsalı qadağan olduğuna görə, gizli və qeyri-standart şəkildə hazırlanan spirtli içkilər hər il minlərlə insanın zəhərlənməsinə və ölümünə səbəb olur.

Bir müddət əvvəl İran Tibbi Ekspertiza Mərkəzinin başçısı Abbas Məcidi bildirib ki, son bir ildə 644 nəfər qeyri-standart spirtli içki qəbul etdiyi üçün həyatını itirib.

visiontv.az



Seçilən
63
27
Mənbələr
Şərh ()
Bağla